İstifadə Qaydası
Veb-saytın İstifadə Qaydası
Siz sayta daxil olmaqla saytdan istifadə şərtlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydalarla qəbul etmiş sayılırsınız. İstifadə qaydaları üzrə qeyd olunmuş məlumatlar sizi qane etmədiyi təqdirdə saytdan imtina etmə hüququnuzdan istifadə edə bilərsiniz.
Bu saytın dizaynı, şəkilləri, məzmunu və loqosu ilə bağlı hüquqlar “Yuktender.az” -a məxsusdur.
Siz “Yuktender.az” onlayn platformasının yazılı razılığı olmadan hər hansısa məlumatı kopyalaya, təkrar hazırlaya, dəyişə, nümayiş etdirə və ya ötürə bilməzsiniz.
Bizim veb-saytdan daha geniş istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz tələb olunur. Qeydiyyatdan keçərkən barənizdə tələb olunan müəyyən şəxsi məlumatları müvafiq xanalara daxil etməyiniz mütləqdir. Belə məlumatları daxil edərkən qrammatik tələblərə riayət etməyiniz xahiş olunur. Daxil etdiyiniz məlumatlardakı yanlışlıqlara və ya belə məlumatdan istifadə etməklə qeydiyyatdan keçərək aktivləşdirdiyiniz hesabla etdiyiniz hərəkət və ya hərəkətsizliklərə görə “Yuktender.az” heç bir məsuliyyət daşımır.
Bildirmək istərdik ki, “Yuktender.az” yük göndərən və yük daşıyan fərdi şəxslər və korporativlər arasında vasitəçi onlayn platforma rolunu oynadığı üçün aşağıdakıların heç birinə görə məsuliyyət daşımır:
İstifadəçinin yükünün daşındığı müddətdə,daşınmazdan əvvəl və sonra hər hansı bir zərər görməsinə görə
Daşıyıcının nəqliyyat vasitəsinə dəymiş hər hansı bir ziyana görə
Yükün oğurlanması, itməsi, başqa bir yüklə əvəz olunması və buna bənzər hallara görə
Yük göndərən ilə daşıyıcı arasında yaşanan hər hansı anlaşılmazlıq, konflikt, mübahisə və bənzəri hallara görə
İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və şifrəsindən istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. Buna görə də istifadəçi şifrəsinin itməsi hallarına görə
İstifadəçinin əlavə etdiyi yükün detallarının qeyri-dəqiq olması hallarına görə
Daşıyıcının öz nəqliyyat vasitəsi barədə verdiyi qeyri-dəqiq informasiyaya görə
Tərəflərin bir-birinə verdiyi qeyri-dəqiq, doğru olmayan informasiyaya görə
Dələduzluq, aldatma, yanlışlıq,qeyri-dəqiqlik hallarına görə
Üçüncü şəxsin mülkiyyətini pozmaq, onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə hallarına görə;
Üçüncü şəxslərin intellektual hüquqlarını,vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;
Tərəflərin qüvvədə olan qanunvericiliyi başqa üsulla pozma hallarına görə.
Tərəflərdən birinin və ya hər birinin Azərbaycan Respublikası Qanunvericiliyinə zidd davranışına görə
Qeyd edək ki,“Yuktender.az” onlayn platforması tərəfləri birləşdirib onlayn kommunikasiya yaradılmsı üçün vasitəçi rolunu oynayır. Veb-Sayt xaricində baş vermiş hər hansı bir qanunsuzluq, tərəflər arasında yaranan anlaşmazlıq və ya istənilən problem,yükə,nəqliyyat vasitəsinə dəyən istənilən zərər, tərəflərdın birinə və ya hər birinə dəyən maddi,fiziki,mənəvi heç bir zərər yalnız tərəflər arasında Azərbaycan Respublikasının Qanunverciliyinə uyğun şəkildə həll olunmalıdır. “Yuktender.az” yuxarıda sadalanan heç bir hala görə məsuliyyət daşımır.