Tez-tez soruşulan suallar

Suallar və Cavabları

Q.

Yuktender.az onlayn platforması nə üçündür?

Yuktender.az yük daşıtmaq istəyənlərlə yük daşıyıcısı(sürücü) olan bütün fərdi şəxsləri və korporativləri eyni platformada birləşdirir. İstifadəçilər yük əlavə edib seçdikləri bir daşıyıcı ilə yüklərini daşıdır, sürücülər gedəcəkləri məntəqələri əlavə edib həmin istiqamətdə olan yükləri daşıya bilirlər.

Q.

Təklif göndərmək ödənişlidir mi?

Hazırda test versiya olduğu üçün Veb-sayt üzərindən edəcəyiniz müəyyən əməliyyatlar tamamilə ödənişsizdir.

Q.

Mən daşıyıcı(sürücü) olaraq necə qeydiyyatdan keçə bilərəm?

- Əgər hesabınız yoxdursa, ana səhifədən Daşıyıcı ol düyməsinə klikləməklə və ya Giriş bölməsindən “Daşıyıcı qeydiyyatı” seçməklə; - Əgər hesabınıza daxil olmusunuzsa,”Hesabım→ Menu→ Daşıyıcı Aktivasiyası” edərək;

Q.

Yük əlavə etmək üçün nə etməliyəm?

Ana səhifədən daşıtmaq istədiyiniz yükün kateqoriyasını seçib “davam et” butonuna klikleyirsiniz,daha sonra açılan yeni səhifədən “yeni məhsul əlavə et” kliklenir və daşıtmaq istədiyiniz yükü seçirsiniz.Əgər sizin yükünüz verilən yüklər arasında yoxdursa, axtarış bölməsinə yükün adını yazıb əlavə edirsiniz. İstiqaməti, tarix və lazımi digər bölmələri doldurduqdan sonra “daşıyıcılardan təklif al” klikləyib yükünüzü yerləşdirirsiniz.

Q.

Əlavə etdiyim yükə gələn təklifləri haradan görə bilərəm?

Sizin yükünüzə daşıyıcılardan tərəfindən gələn təklifləri aşağıdakilər vasitəsilə görə bilərsiniz: Bildirişlərdən; Yuktender.az-dan sizə gələn SMS; Hesabım→ Təkliflər

Q.

Təklif göndərən istifadəçinin nömrəsini necə görə bilərəm?

Təklif göndərən istifadəçinin nömrəsini görmək üçün “Təklifi Dayandır” butonunu klikləyirisiniz. Bu zaman elanınız artıq deaktiv olur və sizə başqa istifadəçilər təklif göndərə bilmir. Siz mobil versiyada təklif göndərənlə nömrənin üzərinə klikləyərək əlaqə saxlayırsınız və istəkdən asılı olaraq təklif göndərəni 5 ballıq şkalada dəyərləndirə də bilərsiniz.

Q.

Yüklərə necə təklif göndərə bilərəm?

Hər bir yükün qarşısındakı “Təklif Göndər” düyməsinə klikləyib təklif məbləği hissəsində təklifinizin məbləğini yazıb göndərirsiniz.

Q.

Bütün maşının bronu və Kiçik yüklər üçün qiymət nədir?

Istifadəçilər yol(istiqamət) əlavə edərkən, bütün maşının bronu üçün və kiçik yüklər üçün qiymət təyin edə bilirlər. Bütün maşının bronu əsasən böyük həcmli yüklər üçün nəzərdə tutulub. Kiçik yüklər isə ölçüsü kiçik olan yüklər(sənəd, çemodan, kiçik məişət əşyaları və s. )üçün nəzərdə tutulub.

Q.

Korporativ daşıma nədir?

Korporativ daşıma periodik olaraq(gündəlik,həftəlik) bir yerdən başqa yerə yük göndərənlər üçün nəzərdə tutulub. Siz korporativ daşınma seçməklə bir növ tender elan edirsiniz və sizə ən uyğun olan daşıyıcını(ları) seçib əlaqə saxlayırsınız.