Gizlilik Siyasəti
Gizlilik Siyasəti
Gizlilik siyasəti “Yuktender.az” onlayn platforması və onun istifadəçiləri arasındakı konfidensiallığın tam qorunmasının və mühafizəsinin təmin edilməsi məqsədini daşıyır.
İstifadəçiyə aid olan bütün məlumatlar onun özü tərəfindən könüllü olaraq təqdim edildiyi andan etibarən mühafizə olunur.
Nəzərinizə çatdırırıq ki, istifadəçi tərəfindən təqdim edilmiş fərdi məlumatlar yalnız veb-saytımızda sizi digər istifadəçilərlə birləşdirmək və sizi təkliflər, kampaniyalar və s. barədə məlumatlandırmaq məqsədilə istifadə olunur.
Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, istifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.
Nəzərinizə çatdırmaq istərdik ki,veb-saytımızda müxtəlif digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin konfidensiallığına “Yuktender.az” zəmanət vermir və cavabdehlik daşımır.
İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “Yuktender.az” gələcəkdə istənilən zaman bu “Gizlilik Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kampaniyaların həyata keçirilməsi və s.). Lakin hər bir halda, istifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi bizim tərəfimizdən hər zaman rəhbər tutulacaqdır.